Tanınmış şirkətin mühəndisi evində ölü tapıldı
Bizi izləyin

Qırmızı.az

Tanınmış şirkətin mühəndisi evində ölü tapıldı

İki gündür ki, işə çıxmayan mühəndis evində ölü tapılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 1975-ci ildə Türkiyə Silahlı Qüvvələrini rabitə cihazları ilə təmin etmək məqsədilə yaradılmış "ASELSAN" şirkətinin 28 yaşlı mühəndisi Erdem Uğur işə çıxmadığı üçün iş yoldaşları onun yaşadığı mənzilə – Çankaya Cebesi məhəlləsi, Akat küçəsi 4/2 ünvanına yollanıblar.

Onlar qapının zəngini çalsalar da, qapını açan olmayıb. Bu səbəbdən də adıçəkilən şirkətin əməkdaşları polisə məlumat veriblər. Olay yerinə gələn polis əməkdaşları çilingərin yardımı ilə qapını açıblar. Bu zaman isə onlar Erdem Uğurun cəsədilə qarşılaşıblar.

Polisin məlumatında qeyd olunur ki, Erdem Uğurun cəsədi yataq otağında tapılıb. Onun ağzına böyük boru keçirildiyini görən hüquq mühafizə əməkdaşları mühəndisin qətlə yetirildiyini ehtimal edir.

Faktla bağlı araşdırmalar davam edir.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm