Körpəsi ölən ata Bakının məşhur klinikasını daşladı
Bizi izləyin

Qırmızı.az

Körpəsi ölən ata Bakının məşhur klinikasını daşladı

İnsanların emosiyalarına hakim kəsilə bilməməsi bəzən ağır cinayətlərə yol açır. Bakının ən məşhur klinikalarından birində ata həkimlərə qarşı hirsini qəribə formada göstərib. Hamilə xanımını Leyla Şıxlinskaya klinikasında yerləşdirən kişi aldığı xəbəri eşidib aləmi qatıb.

Xəstəxanadakı şahidlərin Milli.Az-a verdiyi məlumata görə, cavan xanım uşaq doğuşu üçün əməliyyata götürülüb. Körpə isə ölü doğulub. Övladının ölməsinə əsəbiləşən ata klinikanı daşa tutub. O, daşla klinikanın şüşələrini sındırıb.

Məsələ ilə bağlı klinikadan ətraflı məlumat əldə etmək mümkün olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm