Yanvarın 20-də elektrik qatarlarında gediş-gəliş pulsuz olacaq
Bizi izləyin

Qırmızı.az

Yanvarın 20-də elektrik qatarlarında gediş-gəliş pulsuz olacaq

"20 yanvar tarixində saat 12:00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcək".

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Publika.az-a verdiyi məlumata görə, həmin gün şəhərətrafı elektrik qatarlarında gediş-gəliş pulsuz olacaq:

“20 Yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsi ilə bağlı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Tədbirlər Planı hazırlanıb.Tədbirlər Planına əsasən, Abşeron şəhərətrafı zonada yanvarın 20-si saat 6:00-dan 23:00-dək hərəkət edən elektrik qatarlarında gediş-gəlişin pulsuz təşkili həyata keçiriləcək".

Tədbirlər Planına əsasən, Cəmiyyətin müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilir, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar edilir.

Eyni zamanda, anım günündə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətin kollektivi Şəhidlər Xiyabanını ziyarət edəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm