• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Elman Mehdiyev hesabat verdi

Elman Mehdiyev hesabat verdi

2014-cü il ərzində Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib.

Publika.az-ın məlumatına görə, bunu DSMF-nin ötən il üçün büdcəsinin icrası ilə bağlı mətbuata açıqlamasında Fondun sədri Elman Mehdiyev deyib.

E.Mehdiyev vurğulayıb ki, ki, 2014-cü ildə Fondun gəlirləri 2894,3 mln manat təşkil edib ki, bu da 2013-cü ilə nisbətən 223 mln manat və ya 8,3 faiz çoxdur. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2013-cü ilə nisbətən 10,2 faiz və ya 160,8 mln manat artaraq 1744,9 mln manat təşkil edib.

Bildirilib ki, 2014-cü ildə sosial sığorta haqlarının 64,6 faizi və ya 1126,4 mln manatı qeyri-büdcə sektorundan daxil olub ki, bu da əvvəlki ilə nisbətən 13,5 faiz və ya 134,4 mln manat artıqdır. E.Mehdiyev bunun ölkədəki iqtisadi inkişafın birbaşa göstəricisi olduğunu vurğulayaraq, sosial sığorta sistemində iştirakçıların aktivliyinin artırıldığını da xüsusi qeyd edib.

Məlumat verilib ki, hesabat dövrü ərzində həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi işləri gücləndirilib. Nəticədə, 2013-cü il ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 15,1 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar 5,4 faiz artıb.

Diqqətə çatdırılıb ki, büdcədən maliyyələşən təşkilatlardan daxil olmuş sosial sığorta haqqının məbləği 618,5 mln. manat təşkil edib. Hesabat dövründə dövlət büdcəsinin transferti proqnozla nəzərdə tutulduğu məbləğdə, yəni 1142,0 mln. manat həcmində Fondun hesabına daxil olmuşdur. DSMF-nin sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmaları 7,4 mln manat təşkil edib.

Ötən il ərzində DSMF-nin xərclərinin 2868,8 mln manat təşkil etdiyini bildirən E.Mehdiyev bunun da 2809,1 mln manatının və yaxud 98%-nin əhaliyə ödənişlərə yönəldildiyini deyib. Qeyd olunub ki, pensiya xərcləri 2738,5 mln manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 70,6 mln manat təşkil edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR