Azərbaycanın rayonlarında qar yağacaq
Bizi izləyin

Qırmızı.az

Azərbaycanın rayonlarında qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Havanın arabir yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcəck, arabir güclənəcək.

Havanın temperaturu gecə 1-3, gündüz 5-8 dərəcə isti olacaq.

Yanvarın 17-də Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında yağıntının intensiv olma ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcə isti olacaq.

Qeyd edək ki, yanvarın 17-dən 19-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-5 dərəcə aşağı enəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm