Qırmızı.az
Polis 230 min manata avtomobil nömrəsi satanları həbs etdi
Daxili İşlər Nazirliyi 230 000 dollara dövlət qeydiyyat nişanları satanları saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Publika.az-a verilən məlumata görə, son günlər
bəzi kütləvi informasiya vasitələrində nəqliyyat vasitələrinə
verilən müxtəlif dövlət qeydiyyat nişanlarının həddən artıq baha
qiymətə satılması barədə məlumatlar yayılıb.
Bununla bağlı aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin nömrələr ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsusdur və onların belə qanunsuz sövdələşmələrdən, ümumiyyətlə, xəbərləri yoxdur.
Araşdırmalarla o da məlum olub ki, qeyd olunan nömrələrin
satılması barədə elan vermiş şəxslər əslində dələduzluq yolu ilə
külli miqdarda qazanc əldə etmək niyyətində olublar. Həyata
keçirilmiş əməliyyat tədbirləri nəticəsində tanımadıqları şəxslərin
avtomobillərinə təhkim olunmuş dövlət qeydiyyat nişanlarını
qanunsuz yolla satmağa cəhd etdiklərinə görə 5 nəfər
saxlanılıb.
DİN bir daha vətəndaşların diqqətinə çatdırır ki, fiziki və hüquqi
şəxslərə məxsus nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları
Baş Dövlət Yol Polisi İdarəsində və onun regional qeydiyyat-imtahan
və texniki baxış şöbələrində verilir.
Qeyd edək ki, sosial şəbəkələrdə dövlət qeydiyyat nişanları 99 TT 999 - 230 min manata, 99 LL 999 - 200 min AZN, 99 VV 999 – 200 min AZN, 99 UU 999 – 200 min AZN satılması barədə məlumat yayılmışdı.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...