Hakim qəzada dünyasını dəyişdi
Bizi izləyin

Qırmızı.az

Hakim qəzada dünyasını dəyişdi

Ağır Cəza Məhkəməsinin hakimi avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Qaziantep 3-cü Ağır Cəza Məhkəməsinin hakimi Hasan Şahingözün idarə etdiyi 09 EV 910 dövlət nömrə nişanlı avtomobil TIR-la toqquşub.

Qaziantepin 2-ci Orqanize Sanaye bölgəsində baş vermiş qəza zamanı 27 BP 622 dövlət nömrə nişanlı TIR hakimin idarə etdiyi nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə Hasan Şahingöz hadisə yerində dünyasını dəyişib.

Hakimin cəsədi prokurorluğun araşdırmalarından sonra tibbi ekspertiza üçün Qaziantep Ədli Tibb Morquna göndərilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Şahingöz 2 ildir ki, Qaziantep 3-cü Ağır Cəza Məhkəməsinin hakimi vəzifəsində çalışır.

Baş vermiş yol nəqliyyat hadisəsilə bağlı araşdırma aparılır.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm