• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Türkiyədə azərbaycanlı qadınlara fahişəlik tələsi – ŞOK FAKTLAR

Türkiyədə azərbaycanlı qadınlara fahişəlik tələsi – ŞOK FAKTLAR

İnternetdə tanış olduqları qadınları aldadaraq Türkiyəyə gətirən və onları fahişəliyə məcbur edən cinayətkar şəbəkə yaxalanıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis cinayətkarları 6 ay təqib etdikdən sonra xüsusi əməliyyat nəticəsində "Topal Maral" ləqəbli Aynur və həyat yoldaşı Haluku, habelə Ömər və Osman adlı şəxsləri saxlayıb. Onların ikisi Azərbaycan əsilli olmaqla üç qadını fahişəliyə məcbur etdikləri məlum olub.

Polisin məlumatına görə, onlar öz qurbanlarını internetdə "Türkiyədə uşaq baxıcısı axtarılır və yaxşı maaş verilir", deyərək aldatdıqları müəyyən olunub. Qadınlara təyyarə biletinin pulunu göndərən şəbəkə Nəzakət Bayramova ilə Mətanət Həsənovanı Türkiyəyə gətirib. Daha sonra qadınları 150-350 lirəyə (təxminən 52-122 manat) fahişəliyə məcbur etdikləri müəyyənləşib.

Mətanət Həsənova polisə verdiyi ifadəsində bunları deyib: "Övladım xəstə idi və çoxlu pula ehtiyacım vardı. Bura elə pul qazanmaq niyyətilə gəldim. Mənə uşağa baxacaqsan demişdilər, ancaq fahişəliyə məcbur etdilər" deyib.

Hadisə ilə bağlı məhkəmə davam edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR