21 prokurorluq əməkdaşı cəzalandırıldı
Bizi izləyin

Qırmızı.az

21 prokurorluq əməkdaşı cəzalandırıldı

Ötən il ərzində prokurorluqda 210, daxili işlər orqanlarında isə 4517 cinayət işinin istintaqı tamamlanıb.

Publika.az xəbər verir ki, bunu bu gün Bakı Şəhər Prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə keçirilmiş əməliyyat müşavirəsində çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov bildirib.

Qeyd olunub ki, Yasamal rayonunda Xoşavaz Mənəfovanın və Vahid Əhmədovun, Nərimanov rayonunda Mikayıl Əsədovun, Güllərə Qurbanovanın Suraxanı rayonunda, İltifat Mehralıyevin isə Sabunçu rayonunda qeyri-aşkar şəraitdə qəsdən öldürülmələri cinayətlərinin açılması təmin edilərək təqsirkar şəxslər məsuliyyətə cəlb olunublar.

Son illərin kriminogen durumunda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin narahatçılıq doğuran əsas problemlərdən biri olması şəhər prokuroru tərəfindən xüsusilə vurğulanaraq bildirilib ki, bu sahədə həyata keçirilmiş qabaqlayıcı-profilaktik tədbirlərin nəticəsidir ki, ötən illə müqayisədə baş vermiş ölümlə nəticələnən yol nəqliyyat hadisələri azalıb, hadisə yerindən qaçan sürücülərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində müsbət nəticələr əldə edilərək bağlı qalmış cinayətlərin sayı da azalıb. Həmçinin, müşavirədə bu sahədə mövcud olan çatışmazlıqların və yol verilmiş qanun pozuntularının vaxtında aşkar edilib aradan qaldırılması üçün bütün zəruru tədbirlərin görülməsi hər bir əməkdaşdan tələb edilib.

Müşavirədə qeyd olunub ki, hesabat dövründə şəhər prokurorluğunda ümumilikdə 1306 vətəndaş qəbul edilub. Həmçinin hesabat dövründə 2 qəsdən adam öldürmə, 29 quldurluq cinayətlərinin açılmaması narahatçılıq hissi ilə qeyd edilərək həmin cinayətlərin tezliklə açılaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün intensiv və məqsədyönlü istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının zəruriliyi, bu məqsədlə xüsusən də, kriminalistika xidməti işinin daha da gücləndirilməsi vurğulanıb. Şəhər prokuroru tərəfindən bu istiqamətdə zəruri göstərişlər verilib, prokurorluq, daxili işlər orqanlarının istintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları və süründürməçilik halları konkret misallarla göstərilməklə təhlil edilib onların aradan qaldırılması tələb edilib.

Əməliyyat müşavirəsində vurğulanıb ki, hesabat dövründə yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluq orqanlarının 21 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 1 əməkdaş prokurorluq orqanlarından xaric edilib, 4 nəfər vəzifədən azad olunub, 1 nəfər isə vəzifədən kənarlaşdırılıb.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm