FHN üçün "SMS xəbərdarlıq xidməti"
Bizi izləyin

Qırmızı.az

FHN üçün "SMS xəbərdarlıq xidməti"

Azərbaycaen Fövqəladə Hallar Nazirliyi üçün «Bakcell» şirkəti tərəfindən "SMS xəbərdarlıq xidməti"yaradılması işləri başa çatdırılıb.

Bu barədə Teleqraf.com FHN-in «Fövqəladə Hallar» qəzetinə istinadən məlumat verir.

Hazırlanmış proqram təminatı növbətçi heyətin istifadəsinə verilib. Hazırda digər mobil rabitə operatorları ilə bu sistemin genişləndirilməsi istiqamətində danışıqlar aparılır.

Sistem vasitəsi ilə respublika ərazisində baş vermiş və baş verə biləcək təbii və texnogen hadisələr barədə həmin ərazidə yaşayan əhalinin operativ olaraq xəbərdar edilməsi həyata keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm