Üç uşağı ilə Suriyaya qaçan gəlinin FOTOLARI
Bizi izləyin

Qırmızı.az

Üç uşağı ilə Suriyaya qaçan gəlinin FOTOLARI

Şəkidə üç uşağını götürüb Suriyaya qaçan ana ilə bağlı yeni xəbərlər yayılmaqdadır.

Şəkidə aktual mövzu Elnurə Məmmədovanın iki qızı, bir oğlu ilə Suriyaya qaçmasıdır.

ANS Suriyaya qaçan gəlinin və uşaqlarının fotolarını yayıb.

2013-cü ildən Rusiyada işləyən Şəkinin Daşüz kənd sakini İbrahim Məmmədov evinə qayıdanda ailəsinin Suriyaya getdiyini öyrənib. O, ötən il dekabrın 27-də isə Azərbaycana qayıdıb.

İ.Məmmədovun sözlərinə görə, Şəki şəhərinin Daşüz kəndində 20 nəfərdən artıq adam Suriyada döyüşür.

Anaları ilə Suriyaya gedən Günay 15, Ülkər 12, Rüstəm isə 13 yaşında olub. Elnurə Məmmədovanın qayınanasının sözlərinə görə, gəlini öz övladlarını Suriyaya anası Qəribə Şabanova, bacısı Bahar Alxasova və yeznəsi Daşqın Alxasovla birlikdə aparıb.

Onlar Balakənə, oradan sərhədi keçərək Gürcüstana gediblər. Qrupun Gürcüstandan Türkiyəyə, oradan isə Suriyaya keçdiyi güman olunur. E.Məmmədovanın qardaşları da bir neçə ildir ki, İŞİD-ə qoşulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm