Azərbaycanda İKT sahəsində 15% artım var
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda İKT sahəsində 15% artım var

Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində 15% artım var.

Publika.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, bu, dünyada artım tempini 2 dəfədən çox üstələyir.

Ötən ilin ən yaddaqalan hadisələrindən danışan nazir bildirib ki, Azərbaycanın yer səthini müşahidə edən sayca 2-ci peykinin orbitə çıxarılması ən yaddaqalan hadisə olub. Nazir vurğulayıb ki, digər sahədə, o cümlədən rəqəmsal televiziyanın qurulmasında, həm də internet sahəsində böyük inkişaf olub.

“Beynəlxalq Ümumdünya Qlobal Hesabatında Azərbaycan İKT-nin inkişafına görə 7 pillə irəliləyərək 49-cu yerdədir. İnternetin inkişafına görə MDB ölkələri arasında liderlik mövqeyini saxlayıb. Biz bu sahədə 2014-cü ildə əldə etdiyimiz nailiyyətlərdən məmnunuq”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm