• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Kimlərə evlənmək məsləhət görülmür - nazirlik siyahı hazırlayır

Kimlərə evlənmək məsləhət görülmür - nazirlik siyahı hazırlayır

2014-cü il oktyabrında Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişiklik edildi.

Həmin qanuna əsasən Ailə Məcəlləsinin 13-cü maddəsi yeni variantda verildi. Bu maddə nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi haqqındadır. Əvvəlki variantda Ailə Məcəlləsinə əsasən nikaha daxil olan tərəflərin nikahdan öncə tibbi müayinədən keçməsi öz əksini tapsa da, bu, könüllü idi.

Dövlət başçısı tərəfindən verilən fərman bu sahədə insanların qarşılaşdığı problemləri azalda biləcəkmi?

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komotəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova modern.az-a açıqlamasında bildirib ki, edilən dəyişiklik baş verən ciddi problemlərin aradan qaldırılmasında mühüm rol oynayacaq: “Son zamanlar ailələrdə olan problemlər, xüsusilə boşanmaların səbəbləri araşdırılarkən müəyyən edildi ki, nikaha daxil olacaq şəxslərin öncədən müayinədən keçməsi olduqca vacibdir. Bu həm tərəflərin hüquqları, həmçinin ailədə dünyaya gələcək uşaqların sağlamlığı, ailənin bütövlüyünü qorunması baxımından vacibdir.

Statistika göstərir ki, boşanmaların əksəriyyətinin səbəbi sonsuzluq və ya təhlükəli xəstəliklərin aşkarlanması, eyni zamanda qüsurlu körpələrin doğulması ilə bağlıdır.

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2007-ci ildən bu məsələ ilə bağlı öz təkliflərini Milli Məclisə təqdim etmişdi. Nəhayət ki, 2014-cü ildə Ailə Məcəlləsinin 13-cü maddəsinə bu dəyişikliklər edildi”.

Komitə rəsmisi bildirib ki, baş verən dəyişliklərə əsasən, nikaha daxil olmaq istəyən şəxslər qeydiyyat şöbələrinə öz ərizələri ilə bərabər, tibbi müayinədən keçdiklərini təstiq edən arayışı da təqdim etməlidirlər: “Həmin arayışda şəxslərin tibbi müayinədən keçdiyi təstiq olunmalı, lazımi tibbi məsləhətlərin verildiyi də öz əksini tapmalıdır. Lakin nəticə barədə digər tərəfin məlumatlandırılması könüllüdür. Bildiyiniz kimi, insanın sağlamlıq durumu barədə informasiyalar fərdidir, konfedensialdır, eyni zamanda həkim sirridir. Nikaha daxil olan digər şəxsin bu məsələni bilməsi könüllü formada həyata keçirilir.

Edilən dəyişiklikdən sonra nikaha daxil olmaq istəyən şəxslər konkret olaraq müəyyən olunmuş xəstəliklər üzrə müayinədən keçməlidirlər: Hazırda həmin xəstəliklərin siyahısı təstiq edilməsə də, çox güman ki, AİDS, immun çatışmazlığı, narkomaniya, dəri-zöhrəvi xəstəliklərinin adı orada öz əksini tapacaq. Qanunverciliyə görə bir şəxsin digərini SPİD, yaxud dəri-zöhrəvi xəstəliklərinə yoluxdurması cinayət məsuliyyəti deməkdir və buna görə nikah etibarsız sayıla bilər”.

T.İbrahimova onu da qeyd edib ki, ölkə başçısının fərmanı ilə müvafiq qurumlara tapşırıq verilib: “Səhiyyə Nazirliyində tibbi müayinədən keçmə qaydası və müayinə ediləsi xəstəliklərin siyahısı hazırlanır. Müvafiq qurumlarla razılaşdırıldıqdan sonra təstiq ediləcək.

Son zamanlar gənclər arasında sorğular aparmışdıq. Nəticələr göstərirdi ki, gənclər də bunu arzulayır. Düşünürəm ki, nikaha daxil olmaq istəyən şəxs tibbi müayinədən keçdikdən sonra problemləri barədə məlumatlı olacaq, zamanında həyata keçirlən müalicələrdən sonra riskləri azaldacaq”.

Bu sahədə baş verə biləcək özbaşınalıqlar, səhlənkarlıqlara gəldikdə, komitə rəsmisi qeyd edib ki, həmin arayışı verən həkim birbaşa məsuliyyət daşıyacaq: “Ona görə də nəticələri gözə alaraq bunu etməldir. Korrupsiya halları baş verəcəksə, o, cinayət məsuliyyəti daşıyacaq. Bu cür risklər hər zaman ola bilər. Nikaha daxil olmaq üçün müarciət edən şəxs arayış təqdim etməyəcəyi təqdirdə nikah baş tutmayacaq”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR