• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

"Mənə "uşağa baxacaqsan" demişdilər, ancaq fahişəlik etdirdilər" - Aldadılan qadınların faciəsi

"Mənə "uşağa baxacaqsan" demişdilər, ancaq fahişəlik etdirdilər" - Aldadılan qadınların faciəsi

Türkiyənin Adana şəhərində azərbaycanlı qadınları fahişəliyə məcbur edən dəstənin dünən yaxalanan üzvləri haqda yeni detallar üzə çıxıb.

Bu haqda məlumatı Türkiyənin “milliyet” saytı yayıb.

Adana polisi 6 ay davam edən təqibdən sonra müəyyən edib ki, “Topal Maral” ləqəbli Aynur M. (42), onun həyat yoldaşı Haluk M. (34), Ömər A. (58) və Osman Nevzat Ç.nin (46) qadınları pul qarşılığı ilə fahişəliyə məcbur edib və onlara yer verib.

Azərbaycanlı qadınların "Dayəlik işinə görə yaxşı əməkhaqqı verilir" adıyla Türkiyəyə çağırıldıqları təsdiq olunub. Onların təyyarə biletləri və yol xərcləri ödənilib. Və sonra onları bir gecəsinə 50-350 lirə arasında dəyişən qiymətlərlə fahişəlik etməyə məcbur ediblər.

Dəstə üzvləri fahişəlik etdirdikləri qadınlara "Cinsi əlaqəyə girəcəksən" yerinə,"Arabaya minəcəksən" sözlərini deyiblər.

Adana Polis İdarəsində ifadəsi alınan azərbaycanlı qadın "Uşağım xəstə olduğu üçün buraya pul qazanmağa gəlmişəm. Mənə "uşağa baxacaqsan" demişdilər, ancaq fahişəlik etdirdilər. Əvvəl istəmədim, amma məcbur olduğuma görə səsimi çıxartmadım" sözlərini deyib.(aznews.az)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR