Bakının şimal girişi bağlandı
Bizi izləyin

Qırmızı.az

Bakının şimal girişi bağlandı

Bakının şimal tərəfdən girişində, “20 Yanvar” dairəsi istiqamətindəki yollarda təmir işləri başlayıb. Bu səbəbdən hazırda “Şamaxinka” istiqamətində şəhərə giriş bağlanıb.

Məsələ ilə bağlı “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev modern.az saytına bildirib ki, bu yollarda onlar təmir aparmırlar. Onun sözlərinə görə, “Azəryolservis” hər hansı yolu bağlayanda əvvəlcədən xəbərdarlıq nişanları təşkil edirlər. Pünhan Mürsəliyev paytaxta şimal istiqamətindən girişdə təmir işlərini Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirdiyini deyib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova isə bu gün iş günü olmadığı üçün hadisədən xəbərsiz olduğunu və baradə məlumat verə bilməyəcəyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm