Nazirliyin saytında müzakirə bölməsi yaradıldı
Bizi izləyin

Qırmızı.az

Nazirliyin saytında müzakirə bölməsi yaradıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (http://www.mlspp.gov.az) əmək və sosial müdafiəsi sahəsi ilə bağlı hazırlanan yeni normativ hüquqi aktların layihələrinin ictimai müzakirəyə çıxarılması məqsədilə ayrıca bölmə yaradılıb.

Nazirliyin mətbuat xidmətindən Publika.Az-a verilən məlumatda bildirilir ki, vətəndaşlar sayta daxil olmaqla «Qanunvericilik» bölməsinin «Qanunvericilik layihələri» alt bölməsində yeni layihələrlə tanış ola, eyni zamanda rəy və təkliflərini [email protected] e-mail ünvanına göndərə bilərlər.

Sayta ilk olaraq nazirlik tərəfindən hazırlanmış «Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı (2014-2018-ci illər)»nın və «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun layihələri yerləşdirilib. Həmin layihələrlə bağlı rəy və təkliflər martın 3-dək qeyd olunan e-ünvanda qəbul olunacaq.

«Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununa («normativ hüquqi aktların layihələrinin normayaratma orqanlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsi») əsasən həyata keçirilən tədbir normayaratma fəaliyyətində aşkarlığın təmin olunmasına xidmət edir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm