İrandan Azərbaycana kartof gətirən maşın yandı - FOTO
Bizi izləyin

Qırmızı.az

İrandan Azərbaycana kartof gətirən maşın yandı - FOTO

Biləsuvar rayonunda İrandan Azərbaycana kartof gətirən yük avtomobili yanıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yanğın zamanı yükə ziyan dəyməsə də avtomobilin kabinəsi yararsız vəziyyətə düşüb.

Yük avtomobilində baş verən texniki nasazlıq yanğına səbəb olub. Hadisə axşam saatlarında Biləsuvar -İran sərhədi avtomobil yolunun Muğan kəndi ərazisində baş verib. İran İslam Respublikası vətəndaşı Murtuza Məlikzadə sükanı arxasında olduğu qoşqulu yük avtomobili ilə Biləsuvar istiqamətində hərəkətdə olarkən maşın qəfildən alışıb.

Hadisə yerinə Biləsuvar yanğından mühafizə hissəsinin texnika və canlı qüvvələri cəlb olunaraq alovun avtomobilin qoşqusundakı yükə keçməsinin qarşısı alınıb. Ümumilikdə isə yanğın zamanı avtomobilin iki təkəri və kabinə hissəsinə ciddi ziyan dəyib. İlkin ehtimala görə yanğına avtomobilin mühərrik hissəsindəki naqillərdə baş verən qısaqapanma səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm