Şeytançıxarma mərasimi faciə ilə bitdi - FOTO
Bizi izləyin

Qırmızı.az

Şeytançıxarma mərasimi faciə ilə bitdi - FOTO

Amerikada Zakieya Averi adlı qadının şeytançıxarma mərasimi faciə ilə bitib.

Publika.az-ın məlumatına görə, qadın biri 4, digəri 2 yaşında olan uşaqlarının ruhundakı “cini çıxartmaq” üçün rəfiqəsi ilə birlikdə mərasim təşkil edib. Psixoloji problemləri olduğu bildirilən qadın internetdəki videolarda gördüklərini təkrar edərək uşalarından birini boğub, digərini isə bıçaqlayaraq öldürüb.

Məhkəmədə özünü müdafiə edən qadın, bunu uşaqların istəyi ilə etdiyini deyib. “Onların ruhuna şeytan girmişdi. Onlar xilas olmaq istəyirdilər. Mən də çox sevdiyimdən onların istyini yerinə yetirdim. İndi onlar cənnətdə çox xoşbəxtdirlər. Tezliklə mən də onların yanında olacam”, - qadın bildirib.

Aparılan araşdırmalardan sonra qadın müalicə olunması üçün xəstəxanaya yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm