Sevgilisi kanalizasiya quyusuna saldı, 3 gün ac-susuz qaldı - FOTO, VİDEO
Bizi izləyin

Qırmızı.az

Sevgilisi kanalizasiya quyusuna saldı, 3 gün ac-susuz qaldı - FOTO, VİDEO

Çinin Hauku şəhərində qadın sevgilisi tərəfindən kanalizasiya quyusuna salınıb və 60 saat orda qaldıqdan sonra qışqırığına gələn yoldan keçən insanlar tərəfindən azad edilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qadın xilas olunarkən yalnız alt geyimində olub və boğulmamaq üçün göstərdiyi cəhdlərə görə taqətdən düşüb.

Qadın geyimlərindən “nərdivan” düzəldərək azad olmağa çalışıb lakin bunun əbəs yerə olduğunu gördükdə ümidsizcəsinə yoldan keçən insanları köməyə çağırıb.

Qadın özünü Guo kimi təqdim edən sevgilisinin onun 16,500 dollara yaxın pulunu mənimsədiyini aşkar edib. Polis Guonu bir sıra qətlləri törətməyə cəhd göstərdiyi ittihamı ilə həbs edib.

Müşahidə kameralarından aydın görünür ki, o, qadını quyuya saldıqdan sonra üstünü çətir və kartonla örtüb.

Kişi polisə etiraf edib ki, borca görə sevgilisini öldürmək istəyib.

Polis bildirir ki, kişi qumar oyunları aludəçisidir.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm