Oğurladıqları maşının içində donub öldülər
Bizi izləyin

Qırmızı.az

Oğurladıqları maşının içində donub öldülər

Rusiyanın Kamçatka vilayətində maşın oğurluğu ilə məşğul olan iki nəfərin bəxti gətirməyib.

Publika.az Rusiya daxili işlər nazirliyinin saytına istinadən xəbər verir ki, Ust-Bolşeretsk rayon polis şöbəsinə yerli sakinlər telefonla zəng edərək bildiriblər ki, magistral yolun kənarında içində iki nəfər donmuş adam olan “Nissan Sunny” avtomobili görüblər.

Hadisə yerinə polis və təcili yardım maşını yollanıb.

Məlum olub ki, sükan arxasında donub ölən şəxs 25 yaşlı Oktyabrs qəsəbə sakinidir. Heç yanda işləməyən gənc kişi 32 yaşlı tanışı ilə maşını birgə oğurlayıblar. Lakin yolda avtomobil qar topasına çırpılaraq dayanıb. Onlar avtomobili qardan çıxarmağa çalışsalar da, buna nail olmayıblar. Yorulanda yenidən avtomobilə oturublar. Güman ki, yorğunluqdan onları yuxu tutub.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm