FHN Fransa səfirliyini belə xilas etdi -YENİLƏNDİ - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

FHN Fransa səfirliyini belə xilas etdi -YENİLƏNDİ - FOTOLAR

Fransanın Azərbaycandakı səfirliyinin Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 7 ünvanında yerləşən inzibati binasında Fövqəladə Hallar Nazirliyinin qurumlarının iştirakı ilə taktiki-xüsusi təlim keçirilib. Təlim saat 15.00-da başlayıb.


Publika.Az xəbər verir ki. Fransanın Azərbaycandakı səfiri Maskal Mönye təlimdən razı qaldığını deyib:“Bu təlimdən sonra bir daha əmin oldum ki, bu cür hadisə baş verərsə, özümü tam təhlükəsizlikdə hiss edə biləcəm. Bu sahə Azərbaycanda çox inkişaf edib. Ümumiyyətlə, deyə bilərəm ki, Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən çox razı qaldım”.

15.46

Fransanın Azərbaycandakı səfirliyinin Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 7 ünvanında yerləşən inzibati binasında Fövqəladə Hallar Nazirliyinin qurumlarının iştirakı ilə taktiki-xüsusi təlim keçirilib. Təlim saat 15.00-da başlayıb.

Publika.Az-ın tədbirdə olan əməkdaşının verdiyi məlumata görə, təlimin keçirilməsində əsas məqsəd Fransa səfirliyinin yanğın zamanı fəaliyyət planının reallığının yoxlanılması, səfirlik əməkdaşlarına yanğın hadisəsi zamanı fəaliyyət üzrə əməli vərdişlərin aşılanmasıdır. Eyni zamanda bununala FHN-nin xilasetmə və yanğınsöndürmə bölmələrinin diplomatik nümayəndəliklər yerləşən, nəqliyyatın sıx olduğu ərazilərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya üçün peşəkarlığı da artırılır.

Vasif, Elmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm