Qırmızı.az
İstefaya çıxan polis rəisinə yeni vəzifə verildi
Keşmiş polis rəisi polkovnik Şahmar Paşayevə yeni vəzifə verilib.
ANS press-in məlumatına görə, Ş.Paşayev Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin rəisi təyin edilib.
Bu barədə məlumatı onun oğlu Turabi Paşayev verib.
Ş.Paşayevin oğlu da hüquq mühafizə orqanlarında çalışır. O, Qaradağ rayon 38-ci polis bölməsinin rəisidir.
Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının daxili dəniz və ərazi sularında, çaylarda, su anbarlarında, digər sututarlarda kiçik həcmli gəmilərin təhlükəsiz hərəkətinə dövlət nəzarətini, habelə gəmilərin və onların dayanacağı üçün bazaların, qurğuların, yanalma körpülərin və keçidlərin təhlükəsiz istismarına texniki nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.
Qeyd edək ki, polkovnik Şahmar Paşayev Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi olub. O, səhhətindəki problemlə bağlı işdən çıxması haqqında ərizə yazmış, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə işdən azad olunmuşdu.
Qeyd edək ki, Şahmar Paşayev DİN-də məşhur simalardan biri idi. O, Şamaxının rəisi olmamışdan öncə Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavini, rəisi, Xətain rayonunun 34, 37 bölmələrinin rəisi, Yasamal Polis İdarəsinin rəisi, Bakı Şəhər Polis İdarəsinin rəis müavini, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində çalışıb.
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR