Hövsandakı kütləvi aksiya başa çatdı - Bir nəfər öldü - FOTO (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Hövsandakı kütləvi aksiya başa çatdı - Bir nəfər öldü - FOTO (YENİLƏNİB)

Hövsan qəsəbəsi 118 saylı məktəb şagirdlərinin keçirdikləri aksiya başa çatıb.

Suraxanı RPİ-nin Hövsan qəsəbəsinin növbətçi hissəsindən Publika.az-a verilən məlumata görə, aksiya başa çatsa da, polis hadisə yerindədir. Ərazi polisin nəzarətindədir.

“Aksiya zamanı 22 yaşlı gəncin ölümünə səbəb üzərinə maşın sürülməsi deyil. Direktor ərazidə olmayıb, qaçıb. Həmin şəxs xəstə olub və qəfildən ölüb. Əməkdaşlarımız hadisə yerindən qayıdandan sonra daha təfərrüatlı məlumat verə biləcəyik”.

Suraxanı rayon prokurorluğundan Publika.az-a verilən məlumatda prokuror və müstəntiqin hadisə yerində olduğu və məsələnin araşdırıldığı bildirilir.

****

Suraxanı rayonu, Hövsan qəsəbəsi 118 saylı məktəbdə 9-cu sinif şagirdlərinin keçirdikləri aksiya hələ də davam edir. Hazırda ərazidə olan sakinlərin Publika.az-a verdiyi məlumata görə, aksiyada iştirak edənlərin sayı artır.

Qəsəbə sakinləri direktorun işdən azad edilməsi ilə bağlı fikirlər səsləndirirlər. Sakinlər əvvəl də direktordan narazı olub, onun işdən azad edilməsini tələb ediblər. Sonuncu dəfə direktorun şagirdləri təhqir etməsi problemin daha da dərinləşməsinə səbəb olub.

Aksiya iştirakçıları Hövsan qəsəbəsi icra nümayəndəliyinin qarşısında toplaşıblar.

"Direktor ərazidə deyil. Direktorun harda olduğu bilinmir", onlar bildirib.

118 saylı məktəblə əlaqə saxlayıb, direktorla danışmaq cəhdimiz də baş tutmadı. Məktəbdən direktorun məktəbdə olmadığını, müavinlərin məşğul olduğunu dedilər.

Gülxar

***

Hövsan kəndində kütləvi aksiya keçirilir.

Musavat.com-un hadisə yerində olan reportyoru xəbər verir ki, buna səbəb 118 saylı orta məktəbin direktoru Qardaşxan Kərimovun hərəkətləri və dediyi sözlərdir.

Direktorun kənd camaatını, xüsusilə də şagirdlərin valideynlərini təhqir etdiyi bildirilir. Yerli sakinlər reportyorumuza danışıblar ki, hər şey dərslərin boş keçməsinə görə yaranıb. Şagirdlər məktəb direktorundan dərsə gəlməyən müəllimin başqası ilə əvəz olunmasını xahiş ediblər, o isə şagirdlərə belə cavab verib: "Atanız evdə olmayanda sizə başqa kişi gəlib atalıq edir?" Bu söz övladları həmin məktəbdə təhsil alan hövsanlıların hiddətinə səbəb olub və onlar bu gün səhər saatlarında məktəbin qarşısına yığışaraq aksiya keçirib, Q.Kərimova etirazlarını bildiriblər. Aksiya zamanı Əliyev Elmar Rəcəbəli oğlu ad-soyadlı Hövsan sakininin halı pisləşib və o, dünyasını dəyişib.

Hazırda hövsanlılar kəndin icra nümayəndəliyinin qarşısında toplanaraq aksiya keçirirlər, Q.Kərimovun cəzalandırılmasını tələb edirlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Publika.az-a bildiriblər ki, idarənin məsul şəxsləri hadisənin araşdırılması məqsədilə məktəbə ezam olunublar. Hazırda faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə icyimaiyyətə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm