• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

FHN Akademiyasında 20 Yanvar şəhidləri anıldı (FOTO)

FHN Akademiyasında 20 Yanvar şəhidləri anıldı (FOTO)

Yanvarın 19-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilib.

FHN-in mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, mərasimdə iştirak edən Azərbaycan fövqəladə hallar nazirinin müavinləri, nazirliyin məsul işçiləri, FHN Akademiyasının müəllim heyəti və kursantlar əvvəlcə Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Akademiyanın rəisi general-mayor Pənah Süleymanov mərasimi açaraq bildirib ki, müstəqilliyimiz uğrunda mübarizədə həlak olan Qanlı Yanvar şəhidlərinin xatirəsi hər zaman ürəklərdə yaşayacaqdır. Şəhidlərin qəhrəmanlığı gənclər üçün bir vətənpərvərlik örnəyidir.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev çıxışında xalqımızın müstəqillik və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəsi tarixində şanlı səhifələrdən biri olan 20 Yanvar hadisələrindən ətraflı bəhs edib, həmin ağır günlərdə ulu öndər Heydər Əliyevin respublikamızın Moskvadakı Daimi nümayəndəliyinə gələrək öz xalqı ilə həmrəyliyini nümayiş etdirdiyini, məhz onun yenidən siyasi hakimiyyətə qayıdışından sonra 1990-cı ilin 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verildiyini vurğulayıb.

Mərasimdə Akademiyanın rəis müavini polkovnik Afət Qurbanov Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların şücaətindən bəhs edən məruzə ilə çıxış edib.

Sonda Qanlı Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR