• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Gəlin toy qabağı özünü asdı - FOTO

Gəlin toy qabağı özünü asdı - FOTO

Diqqət mərkəzində olmaqdan narahatçılıq keçirən gəlin toyuna 1 həftə qalmış özünü asıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı Lin Beker nişanlısı tərəfindən evində ipdən asılı vəziyyətdə tapılıb.

Müalicə və dərmanların sayəsində sağalan və pərakəndə menecer kimi çalışan Beker 5 il bundan əvvəl depressiyadan əziyyət çəkirdi. Qadının keçirdiyi narahatçılıq və stress onun yenidən əvvəlki vəziyyətinə qaytarıb.

İstintaq zamanı məlum olub ki, qadın xaricdə keçiriləcək toy mərasiminə görə narahatçılıq keçirib. O, diqqət mərkəzində olmağı xoşlamırdı.

Qadın ailəsinə və nişanlısına qorxusunu bildirərək deyib ki, depressiyası qayıdır və xaricdə baş tutacaq toyda kifayət qədər yaxşı olmayacağına görə narahatdır.

Ailəsi daima onun yanında olsa da Beker özünü asmağa fürsət tapıb.

Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR