Səfər Mehdiyev: "Bütün sərhəd məntəqələrində avadanlıqlar qurulub"
Bizi izləyin

Qırmızı.az

Səfər Mehdiyev: "Bütün sərhəd məntəqələrində avadanlıqlar qurulub"

"Hazırda Azərbaycanda vətəndaşların gömrük sahəsində rüsumlardan və vergilərdən yayınma hallarına daha çox rast gəlinir".

Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamsında Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev bildirib.

Onun sözlərinə görə, saxta sənədlərin təqdim olunması, həmçinin vergilərdən yayınaraq daha çox rüsuma cəlb olunan malların gizli saxlanıc yerlərində gizlədilərək ölkəyə keçirilməsinə cəhdlər də edilir. S.Mehdiyev deyib ki, Azərbaycan tranzit regionda yerləşdiyindən narkotranzitlə mübarizə daha da gücləndirilib: "Demək olar ki, Azərbaycan Avropa ölkələri arasında ilk ölkədir ki, bütün giriş sərhəd məntəqələrində müvafiq avadanlıqlar qurulub. Məhz bunun sayəsində istər narkotranzit, istərsə də silah qaçaqmalçılığına qarşı ciddi mübarizə aparılır. Sərhədlərdən narkotik vasitələrin, silah-sursat və digər vasitələrin keçirilməsinə cəhd edən şəxslər zaman-zaman Dövlət Sərhəd Xidməti ilə birgə keçirilən əməliyyatlar nəticəsində aşkar olunur, pnevmatik silahlar və digər partlayıcı maddələr götürülür".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm