"Leyla Yunusun iradları şəffaflığın nəticəsidir"
Bizi izləyin

Qırmızı.az

"Leyla Yunusun iradları şəffaflığın nəticəsidir"

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov Leyla Yunusun saxlanma şəraiti ilə bağlı yayılan iddialara münasibət bildirib.

Publika.az-ın məlumatına görə, H.Əliyev jurnalistlərə açıqlamasında deyib ki, bununla bağlı yayılan məlumatlar doğru deyil: “Ədliyyə Nazirliyi sistemində, Penitensiar Xidmətdə məhkumların saxlanması ilə bağlı heç bir problem yoxdur. Məhkumların saxlanma qaydalarına riayət olunur, onlar özlərini yaxşı hiss edirlər. Mən hələ ehtiyat edirəm ki, məhkumların yaxşı saxlanması onları yenidən cinayətə sövq edə bilər. Leyla Yunusa gəlincə, onun iradları da şəffaflığın nəticəsidir. İfadələri yalan da olsa, düz də olsa, hamısı ortadadır. Bu da onu göstərir ki, tam demokratiyadır. Leyla Yunusu və onun kimilərini cəmiyyət yaxşı tanıyır. Leyla Yunus kimdir ki, onu Amerikada tanıyıb, hansısa mükafata layiq görsünlər? Bu o deməkdir ki, onlar hansısa başqa ölkənin agentləridir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm