• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Paytaxtda sahibkar özbaşınalığı: ağacları çıxarıb başqa yerə apardılar

Paytaxtda sahibkar özbaşınalığı: ağacları çıxarıb başqa yerə apardılar

Naməlum şəxslər Suraxanı rayonu Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yolun kənarındakı ağacları çıxararaq, onları sex kimi fəaliyyət göstərən obyektin qarşısında basdırıblar.

Publika.az xəbər verir ki, hadisə bir neçə saat bundan öncə baş verib. Belə ki, əyinlərində fəhlə paltarı olan 3 şəxs qəsəbədə yolun kənarındakı ağacların diblərini qazaraq onları köklərindən qoparıblar.

Daha sonra isə onları yaxınlıqda fəaliyyət göstərən sexlərdən birinin qarşısına gətirərək burada əvvəlcədən qazılmış yerdə basdırıblar. Onların bu özbaşınalıqlarında sexin sahibi olan şəxs də iştirak edib. Belə ki, həmin şəxs sexdən çıxaraq ağacları obyektinin qarşısında basdıran şəxslərə öz göstərişlərini verib.

Qeyd edək ki, bundan əvvəl sexin qarşısında əkilmiş bir neçə ağac quruyaraq sıradan çıxıb.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR