Qırmızı.az
İntihardan vaz keçmək üçün 500 manat istədi
Şəxsiyyəti hələ məlum olmayan Xaçmaz rayon sakini bir müddət bundan əvvəl rayon mərkəzindəki dəmiryol vağzalının qülləsinə çıxaraq intihara cəhd göstərib.
Rayon sakinlərinin Publika.az-a verdikləri xəbərə görə, intihar etmək istəyən şəxsin 27-30 yaşı var.
Rayon sakinləri dərhal aidiyyəti dövlət orqanlarına müraciət ediblər.
İntihara cəhd göstərən şəxs bu qərarından daşınmaq üçün 500 manat pul tələb edib. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz rayon şöbəsinin, habelə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Fövqəladə Hallar Nazirliyinin yerli rayon şöbəsinin əməkdaşlarının intihara cəhd göstərən rayon sakini ilə apardıqları danışıqlardan sonra həmin şəxs öz qərarından daşınıb.
Rayon sakinlərinin sözlərinə görə, həmin şəxs 500 manat borcunun olduğunu bildirib. İntihar etmək istəyən şəxs Xaçmaz rayon Polis Şöbəsinə aparılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Anar Tağıyev
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!