Bakı-Quba yolunda avtomobil aşdı
Bizi izləyin

Qırmızı.az

Bakı-Quba yolunda avtomobil aşdı

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Regional TV-nin məlumatına görə, hadisə Bakı-Quba magistralının 93-cü km-də qeydə alınıb.

Quba rayonu, Ağbil kənd sakini, 1985-ci il təvəllüdlü Məmmədov Azad Gülağa oğlunun idarə etdiyi "99 AE 240" dövlət nömrə nişanlı “Daewoo” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü və 3 nəfər xəsarət alıb.

Onlar Xaçmaz rayonu, Həsənqala kənd sakini, 1955-ci il təvəllüdlü Rəsulova Məhəbbət Əmrulla qızı, Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Musayeva Mehbarə Şükür qızı və Qubanın Söhübqışlaq kənd sakini, 1957-ci il təvəllüdlü Ərzumanov Fərhad İbrahim oğludur.

Xəsarət alan şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm