Qızları Suriyaya “göndərən” Bakı notariusu kimdir?
Bizi izləyin

Qırmızı.az

Qızları Suriyaya “göndərən” Bakı notariusu kimdir?

Şəkidən Suriyaya gedən Elnurə Məmmədovanın üç uşağını ölkədən necə çıxarması müzakirə olunmaqdadır.

Axar.az xəbər verir ki, onun saxta sənəd düzəldərək ölkəni tərk etməsi ətrafında müəmma aydınlaşmayıb. 48 saylı notariat kontorunun rəhbəri Səadət Hüseynov Axar.az-a açıqlamasında E.Məmmədovaya etibarnamə verdiyini təkzib edib. Lakin notarius ailə ilə tanışlığı olmadığını təkrar olaraq APA-ya müsahibəsində də deyib.

Onun sözlərinə görə, yayılan xəbərlərdə işgüzar nüfuzuna xələl gətirilib:

“Bizim tərəfdən verilən kod nömrələri var. Həmin nömrələrlə reyestr bir-birinə uyğun deyil. Mənim Şəki ilə nə əlaqəm ola bilər? Mən Binəqədidə notariusam, Şəki isə Bakıdan çox aralıdadır. Özümə də maraqlıdır ki, bu, necə baş verib?”

Dia.az saytı isə S.Hüseynov barəsində maraqlı məlumat əldə edib. Məlum olub ki, S.Hüseynovun adı təkcə E.Məmmədovaya saxta etibarnamə verməkdə hallanmayıb. Onun 2004-cü il martın 2-də Binəqədi qəsəbə bələdiyyəsindən 802-1 saylı sərəncamla Habil Nəsibov Şoto oğlunun adına olan fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kvadratmetr torpağı da Asiyə Özgüvən Müntaz qızının adına saxta etibarnamə verdiyi bildirilir.

Zərərçəkən bildiribmiş ki, onun iştirakı olmadan 48 saylı notariat kontoru Türkiyə vətəndaşı olan Asiyə Özgüvənə saxta etibarnamə verib və torpaq sahəsi xəbəri olmadan satılıb.

Qeyd edək ki, anaları ilə Suriyaya gedən Günay 15, Ülkər 12, Rüstəm isə 13 yaşında olub. E.Məmmədovanın qayınanasının sözlərinə görə, gəlini öz övladlarını Suriyaya anası Qəribə Şabanova, bacısı Bahar Alxasova və yeznəsi Daşqın Alxasovla birlikdə aparıb. Onun qardaşları da Suriyada döyüşür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm