Hər şagirdə planşet veriləcək
Bizi izləyin

Qırmızı.az

Hər şagirdə planşet veriləcək

Azərbaycan məktəblərində hər bir şagird plaşetlə təmin ediləcək.

Publika.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda nəzərdə tutulub.

Proqramda qeyd olunur ki, 2015-2020-ci illərdə təhsil müəsisələrində informasiya- kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastrukturun yaradılması, hər bir təhsil müəsisəsinin internetlə, ümumi orta təhsil səviyəsində hər bir şagirdin elektron dərsliklər yüklənilmiş kompyuter-planşetlə təmin olunacaq.

Təhsil sisteminin informasiyalaşdırlması proqramına uyğun olaraq bütün təhsil müəsisələrində informasiya- kommunikasiya texnologiyaları infrastrukturunun yaradılması nəzərdə tutulub. Bundan başqa, hər bir təhsil müəsisəsinin internetlə təmin edilməsi ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklər yüklənilmiş kompyuter-planşetlə təminatı nəzərdə tutulub.

Bu işlərin həyata keçirilməsi Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm