Uşaqların hamısı bağçaya gedə biləcək
Bizi izləyin

Qırmızı.az

Uşaqların hamısı bağçaya gedə biləcək

Azərbaycanda məktəbəqədər yaşlı uşaqların 90%-i bağça ilə təmin ediləcək.

Publika.az-ın məlumatına görə, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda nəzərdə tutulub.

Proqramda 2015-2016-cı illərdə məktəbəqədər təhsil müəssisələrinin yaradılması, onların fəaliyyətinin stimullaşdırılması mexanizmlərinin hazırlanması nəzərdə tutulur.

2015–2016-cı illərdə erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyəsinə çatdırılmasını nəzərdə tutan məktəbəqədər təhsilin inkişafı üzrə dövlət proqramı hazırlanacaq.

Bu işin həyata keçirilməsi Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.

Bundan başqa, 2016–2024-cü illərdə məktəbəqədər təhsil müəssisələrinin yaradılması, onların fəaliyyətinin stimullaşdırılması üzrə dövlət proqramının təsdiqi, maliyyə vəsaitinin ayrılması qeyd olunub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm