Atatürk prospektində dəhşətli tıxac
Bizi izləyin

Qırmızı.az

Atatürk prospektində dəhşətli tıxac

Atatürk prospektində dəhşətli tıxac var. Tıxac prospektin girişindən Ayna Sultanova heykəlinin qarşısı və prospektə bitişik digər küçələrdə müşahidə olunur.

Bu barədə Publika.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumata görə, tıxaca səbəb Z. Bünyadov və K. Rəhimov küçələrinin təmirlə əlaqədar bağlanmasıdır.

Bundan əlavə, hazırda Azadlıq prospektindən Binəqədi istiqamətində, Bakı-Sumqayıt şosesində, Z. Əliyeva küçəsində, C. Cabbarlı küçəsindən Kaspian Plaza istiqamətində və Həsənoğlu küçəsində avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.

Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm