Azərbaycanda qadınlar, yoxsa kişilər boşanmaya daha çox meyllidir?
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda qadınlar, yoxsa kişilər boşanmaya daha çox meyllidir?

Qadınlar daha dözmür…

“Azərbaycanda boşanmaya daha çox qadınlar meyllidir”

Bu sözləri erkən nikahlar üzündən gün-gündən artan boşanmalarda daha çox hansı tərəfin ayrılmağa meylli olmasıyla bağlı "Axar.az"ın sualını cavablandırarkən vəkil Rəşad Cəbrayılov bildirdi.


Kişilərin haqlı qısqanclığı


Vəkillər kollegiyasının üzvü, 12 saylı hüquq məsləhatxanasının vəkili, hüquqşünas Rəşad Cəbrayılov bu fikri təcrübəsinə əsaslanaraq söylədiyini bildirdi:


“Mənim iştirak etdiyim məhkəmə proseslərində daha çox qadınlar boşanma ərizəsi ilə müraciət ediblər. Boşanma halına gəlib çatmanın səbəbləri müxtəlifdir. Elə ailə var ki, maddi cəhətdən hər cür təminatlı olduğu halda ərlə-arvadın “xasiyyətlərinin uyğun gəlməməsi“ boşanmaya səbəb olur. Amma əksər hallarda ailələrdəki boşanma halları daha çox maddi yetərsizlikdən və gənc ailələrə böyüklərin mudaxiləsi nəticəsində baş verir. Belə ki, ailədə cüzi problem yaşananda hər iki tərəfin valideyninin mudaxiləsi “qarışqanın filə çevrilməsinə”, nəhayət, ailənin dağılmasına səbəb olur. Digər səbəblərdən biri də insanların, əsasən da qadınların son zamanlarda sosial şəbəkələrdə fəallığıdır. Qadınların sosial şəbəkələrdə “görünməsini” həzm edə bilməyən kişilər var. Həm də bir-çox hallarda qadınların sosial şəbəkələrdəki “fəallığı” kişilərin haqlı qısqanclığı ilə müşahidə olunur. Bu fəallqların mentalitetə zidd olması, kifayət qədər sərbəst olmaları əsas götürülür”.


Boşanan qadınlar “tənha qadın” statusu alırlar


Sosioloq Cavid İmamoğlu da boşanma səbəblərinin çox olduğunu deyir:


“Boşanan qadınlar “tənha qadın” statusu alırlar. Bu “tənhalıq statusu” onlara məişətdə heç bir üstünlük verməsə də, bir qədər azadlıq və sərbəstlik verir. Azərbaycanda qadınlar o zaman boşanmaya ilkin olaraq müraciət edir ki, o məişət zorakılığına məruz qalıb. Bu zorakılıqlar isə dözülməz hala gəldikdən sonra qadın boşanma üçün ərizə verir. Lakin cəmiyyətin də boşanmalara münasibəti birmənalı olmur. Bəzən qadınlara boşanmamaq üçün kənar müdaxilələr olur, mənəvi təziqlər edilir. Bu müdaxilələr bəzən ailədə boşanmanın qarşısını alsa da, gələcəkdə baş verəcək faciədən siğortalamır. Maddi sıxıntılar da boşanmaya səbəb olan başlıca amillərdəndir”.


Qadınlar daha dözmür…


Psixoloq Dəyanət Rzayev boşanmaların sayının artmasında qadınların “fəallığını” heç də mənfi hal kimi qiymətləndirmir:


“Qadınlar kişilərin zorakılığına, şiddətinə əvvəllər “eşidən-bilən nə deyər, qohumdan-əqrəbadan ayıbdır”, - deyib dözürdüsə, indi bunu qəbul etmir. Hüquqlarının müdafiələrinə qalxır və zorakılığa, başa düşülməməzliyə etiraz olaraq boşanmaq üçün müraciət edirlər. Heç kəs səbəb olmadan ailəsinin dağılmasını istəməz...”


Xatırladaq ki, rəsmi statistikaya görə, ötən il Azərbaycanda 86,9 min nikah və 11,7 min boşanma halı qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm