Azərbaycanda sulu qəlyana QADAĞA
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda sulu qəlyana QADAĞA

Azərbaycanda sulu qəlyanın istifadəsi qadağan oluna bilər.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev Trend-ə bildirib ki, parlamentin yaz sessiyası zamanı bu məsələni gündəmə gətirəcək.

Millət vəkilinin sözlərinə görə, təəssüflər olsun ki, son vaxtlar Azərbaycanda, xüsusən də Bakıda sulu qəlyanın istifadəsi çox geniş yayılıb və gənclərin çoxu ona meyil edir: “Amma onun çox böyük mənfi təsirləri var. Həm insanın orqanizmini, həm ətrafdakıları zəhərləyir. Eyni zamanda, gigiyenik qaydalara fikir verilmədiyi halda ağız vasitəsilə infeksiyanın bir şəxsdən digər şəxsə ötürülməsi qorxusu var. Bir sözlə, istənilər infeksion xəstəliyin yoluxmasına gətirib çıxarır”.

M.Quliyev qeyd edib ki, sulu qəlyanın doğurduğu ən böyük təhlükədən biri də odur ki, ondan istifadə nəticəsində asılılıq, narkomaniyaya meyillilik yaranır: “Bununla bağlı məsələ qaldıracağam ki, Azərbaycanda sulu qəlyanın istifadəsi qadağan olunsun. Bəziləri deyirlər ki, guya bu, faydalı otlardan hazırlanır, amma belə deyil”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm