• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Gənclər "Siqaretə YOX" dedi

Gənclər "Siqaretə YOX" dedi

Tovuzda Azərbaycanın ən böyük kəndlərindən olan Əyyublu kəndində gənclər arasında zərərli vərdişlərə qarşı mübarizə ilə bağlı tədbir keçirilib.

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB) Əyyubluda çoxlu sayda şagirdlərin, gənclərin iştirakı ilə gənclər arasında zərərli vərdişlərin artmasına qarşı mübarizəyə həsr olunmuş tədbir keçirib.

Tədbirdə bütün dünyada məhşur olan “Siqareti atmanın asan yolu" kitabı da təqdim olunub və gənclərə hədiyyə edilib. Qənirə Paşayeva hazırda il ərzində 5,4 milyon insanın tütündən, siqaretdən istifadə etdiyinə görə dünyasını dəyişdiyini qeyd edib: "Biz bütün gəncləri sağlam gələcək naminə siqaretlə, tütün məhsulları ilə mübarizəyə səsləyirik və onları bu maarifləndirmə hərəkatının öncülləri görmək istəyirik. Hər bir gəncimiz ilk növbədə özündən, ətrafından başlayaraq tütün məhsullarına qarşı mübarizə aparmalı və biz hamımız gənclərimizin tütün məhsulları, narkomaniya, alkoqolizm kimi zərərli vərdişlərə tutulmamasına çalışmalıyıq. Bu zərərli vərdişə insanlar adətən gənc yaşlarda başlayır və çox hallarda bir daha xilas ola bilmirlər".

Şagirdlər və gənclərlə görüşdə onlara siqaretin dəhşətli zərərli təsirləri, onu atmanın, ondan xilas olmanın heç zaman gec olmaması barədə, sadəcə güclü iradə və bunu necə edə bilməklə bağlı əldə edəcəkləri biliklərlə buna cəhd etmələrinin vacibliyi ilə bağlı danışan millət vəkili Qənirə Paşayeva bildirib ki, ölkəmizdə də insanlar arasında, xüsusilə gənclər arasında siqaretdən istifadə edənlərin artması hamımızı ciddi narahat etməli və gənclərimizin bu zərərli vərdişə meyillənməməsi istiqamətində səylərimizi daha da artırmalıyıq deyən Qənirə Paşayeva rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) bütün dünyada tanınmış mütəxəssis və siqaretdən asan yollarla xilas olma metodlarının müəllifi Alen Karrın Azərbaycan dilinə çevirib, nəfis tərtibatla nəşr etdirdiyi məşhur “Siqaretdən asan xilas olmanın yolu” kitabı “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB) gənclərə hədiyyə edib.

Kitabın hazırlanmasının bir sosial layihə olduğunu qeyd edən millət vəkili Qənirə Paşayeva nəşr siqareti tərgitmək istəyən insanların özünə də kömək edə bilər deyə vurğuladı. İnsanlar da bu kitabı oxuyaraq düşünəcək və bu zərərli vərdişdən necə qurtulmağın yollarını özləri üçün müəyyən edəcəklər. Bu kitabın daha çox siqaret çəkiləcək və ya çəkilə biləcək mühitdə yayılması önəmlidir. Millət vəkili Qənirə Paşayeva gənclərlə söhbətində, “Siqareti atmağın asan yolu” kitabını təkcə siqaretdən istifadə edənlərin deyil, etməyən gənclərin də oxumasını xahiş etdi: “İnanıram ki, onu oxuyan bir gənc insan siqaret çəkməyə başlamaz, çünki onun nə qədər böyük bir düşmən olduğunu anlayar. İnşaallah söhbətlər, müzakirələr və çoxlu sayda hədiyyə etdiyimiz Alen Karr kitabları faydalı olar və gənclər arasında insan üçün çox zərərli olan bu vərdişdən xilas olanların sayı artar”deyə bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR