Hyuston Universitetinin rektoru Nərgiz Paşayeva ilə görüşdü
Bizi izləyin

Qırmızı.az

Hyuston Universitetinin rektoru Nərgiz Paşayeva ilə görüşdü

14-18 yanvar 2015-ci il tarixlərində Bakı Ali Neft Məktəbinin (BANM) dəvəti ilə Hyuston Universitetinin rektoru və prezidenti Dr. Renu Xaturun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

BANM-dan Publika.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə universitetin Qlobal strategiyalar və araşdırmalar üzrə prorektoru Ceyms Ortiz, Enerji məsələləri üzrə baş mütəxəssis Ramanan Krişnamurti, Elizabet Rokvel adına Kallen mühəndislik kollecinin dekanı Cozef Tedesko və magistratura şöbəsinin dekan müavini Sureş Xatur daxil idi.

Səfər zamanı nümayəndə heyəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Milli Elmlər Akademiyası, ADA Universiteti və Bakı Dövlət Universitetinin rəhbərliyi arasında ikitərəfli görüşlər keçirildi.

16 yanvar tarixində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü prof.Nərgiz Paşayeva da qonaqlarla görüşmüşdü. Görüşdə ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri və həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə qonaqlara məlumat verilərək, ikitərəfli əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıldı. Rektor N.Paşayeva hazırda Oksford Universiteti ilə birgə Azərbaycanın tarixi və mədəniyyətinin araşdırılmasına yönəlmiş böyük bir layihənin üzərində iş getdiyini, Hyuston Universitetinin də bu layihədə iştirak edə biləcəyini qeyd edərək, rektor R.Xatura layihəyə qoşulmaq təklifini irəli sürdü. Öz növbəsində Dr. R.Xatur məmnuniyyətlə layihəyə qoşula biləcəklərini bildirdi.

Rektor N. Paşayeva həmçinin Azərbaycan qadınlarının cəmiyyətdə tarixən mühüm statusa malik olduğunu vurğuladı.

Dr. R.Xatur fəaliyyət istiqamətləri baxımından hər iki universitet arasında birgə əməkdaşlıq üçün imkanların olduğunu və bu tərəfdaşlığın həyata keçirilməsinə hərtərəfli dəstək göstəriləcəyini bildirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm