Bulvara yeni attraksionlar gətirilib
Bizi izləyin

Qırmızı.az

Bulvara yeni attraksionlar gətirilib

Bulvar ərazisinə iki yeni attraksion gətirilib.

Bu barədə Publika.az-a Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.

“Yeni attraksionların biri əvvəlkilərə oxşasa da, daha müasirdir, digəri isə tam fərqlidir. Sakinlərin istirahətini təmin etmək üçün attraksionların müasir tələblərə uyğun olmasına çalışırıq. Yeni attraksionların bir neçə günə istifadəyə verilməsi planlaşdırılır”.

N.Məcidov Kukla teatrı qarşısındakı attraksionun təhlükəli vəziyyətdə olması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib.

“İldə 4 dəfə Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlamalar aparılıb, akt tərtib edilir. Gün ərzində karusellərin hamısına hərtərəfli baxış keçirilir. Kukla teatrı yaxınlığındakı “Şeytan Çarxı”nın detalları 2010-cu ildə dəyişdirilib”.

N.Məcidov əvvəllər istifadə müddəti başa çatmış karusellərin olduğunu bildirsə də, hazırda onların hamısının istifadəyə yararlı olduğunu dedi.

Qeyd edək ki, aznews.az saytında verilən məlumatda Kukla teatrının yaxınlığındakı “Şeytan çarxı” təhlükəli vəziyyətdə olması ilə bağlı məlumat verilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm