Hövsanda yaşıllıqlara qarşı özbaşınalıq edən sahibkarla bağlı araşdırma başladı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Hövsanda yaşıllıqlara qarşı özbaşınalıq edən sahibkarla bağlı araşdırma başladı - FOTOLAR

Bir qrup şəxsin dünən Suraxanı rayonu Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yolun kənarındakı ağacları çıxararaq, onları sex kimi fəaliyyət göstərən obyektin qarşısında basdırmaları barədə xəbər vermişdik.

Bildirmişdik ki, əyinlərində fəhlə paltarı olan 3 şəxs qəsəbədə yolun kənarındakı ağacların diblərini qazaraq onları köklərindən qoparıblar. Daha sonra isə onları yaxınlıqda fəaliyyət göstərən sexlərdən birinin qarşısına gətirərək burada əvvəlcədən qazılmış yerdə basdırıblar. Onların bu özbaşınalıqlarında sexin sahibi olan şəxs də iştirak edib. Belə ki, həmin şəxs sexdən çıxaraq ağacları obyektinin qarşısında basdıran şəxslərə öz göstərişlərini verib.

Publika.az-ın əməkdaşı faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə əlaqə saxlayıb. Nazirlikdən deyiblər ki, bu xoşagəlməz olayla əlaqədar araşdırmalara başlanılıb.

ETSN-in müfəttişi Ayaz Əliyev bildirib ki, bu xoşagəlməz addımı sahibkarlardan biri atıb: “O, özünü müharibə veteran kimi təqdim etdi. Həmin şəxs sahibi olduğu obyektin qarşısında bir neçə digər ağac da əkdirib. Əldə etdiyimiz ilkin məlumatlara görə, bu faktdan ərazi icra nümayəndəsinin də xəbəri var. Həmin şəxs iddia etdi ki, həmin ərazidə yaşıllıq sıx olduğu üçün ağacları yerlərindən çıxarıb başqa yerdə əkib”.

Qeyd edək ki, bütün bunlar sahibkarın yalan danışdığını göstərir. Məsələ burasındadır ki, həmin şəxsin söylədiklərindən fərqli olaraq, İlqar Əhlimanov küçəsində ağaclar heç də sıx əkilməmişdi. Əksinə, seyrək, bir-birindən kənarda əkilmişdi. Bütün bunlar bir yana, tutaq ki, ağaclar doğrudan da sıx əkilmişdisə, sahibkar niyə onları fəhlələrə çıxartdırıb, başqa ərazidə yox, öz obyektinin qarşısında əkdirirdi. Yeri gəlmişkən, sahibkarın obyektinin qarşısındakı ağaclar daha sıxdır, nəinki onların əvvəlcə əkildiyi yerlərdə.

Müfəttiş bu suala belə aydınlıq gətirib: “Biz onun bu hərəkətini rəsmiləşdirəcəyik. Xahiş etmişik ki, bununla bağlı müvafiq arayış verilsin. Faktla bağlı araşdırmalar aparırıq”.

Onun sözlərinə görə, araşdırmaların sonunda müvafiq tədbirlər görüləcək.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm