Arvadını zorladılar, qisasını aldı
Bizi izləyin

Qırmızı.az

Arvadını zorladılar, qisasını aldı

Türkiyədə Akin Kənd Yolu Duzlu Su Mövqeyi deyilən ərazidə yaşayan 50 yaşlı Recep A. 31 yaşlı həmkəndlisi Faruk E.-nin 26 yaşlı həyat yoldaşı Ceylan E.-ni qaçıraraq dağda ona təcavüz edib.


Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bir gün sonra hadisədən xəbər tutan ər qisas almaq məqsədilə ov tüfəngini götürüb Recep A.-nın axtarışına başlayıb. O, arvadına təcavüz etmiş şəxsi Akin Kənd Yolundakı meşəlikdə içkili vəziyyətdə yaxalayıb. Recep A.-nı güllələyən Faruk daha sonra könüllü surətdə polisə təslim olub.


Müvafiq araşdırmalardan sonra Faruk müayinə üçün Aksaray Dövlət Xəstəxanasına aparılıb. O, «namusum, şərəfim üçün öldürdüm. Arvadımı zorladı, mən də gəbərtdim", - deyə media mənsublarının suallarını cavablandırıb.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm