Qırmızı.az
Bu muzeyimiz Ginnesin Rekordlar Kitabına düşdü
“İçərişəhər” Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən, dünyada ilk özəl Miniatür Kitab Muzeyi miniatür kitabların dünyada ən böyük kolleksiyası kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.
Publika.az-ın məlumatına görə, muzeyin
təsisçisi və yaradıcısı, respublika “Kitab” cəmiyyətinin idarə
heyətinin sədri, Əməkdar İncəsənət Xadimi Zərifə Salahova AzərTAc-a
bildirib ki, 30 ildən artıq müddətdə formalaşmış kolleksiya bu gün
də yeni nüsxələrlə zənginləşir.
Muzeydəki 38 şüşə vitrində dünyanın 66 ölkəsində nəşr edilmiş
5600-dən çox miniatür kitab sərgilənir. Burada ən nadir eksponatlar
Yaponiyanın Tokio şəhərindəki “Toppan” nəşriyyatında buraxılmış
dörd mikrokitab (onlardan biri 0,75x0,75mm formatında, üçü 2x2 mm
formatındadır), habelə Almaniyada hazırlanmış dörd mikrokitab (bu
nəşrlərdən biri 2,0x2,9 mm formatında, qalan üçü 3,5x3,5mm
formatındadır).
Muzeydə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
fəaliyyətini əks etdirən miniatür kitablar da vardır. Burada
Azərbaycanın ədəbiyyat, elm və incəsənət klassikləri də geniş
təmsil olunub. Bundan əlavə, dini mövzuda kitablar, habelə rus,
sovet və xarici ölkələrin klassikası nümayiş etdirilir.
Zərifə xanımın sözlərinə görə, muzeyin Ginnesin Rekordlar Kitabına
daxil edilməsinə nail olmaq üçün yarım ildən artıq gərgin işləmək
lazım gəlib. O, kömək üçün “İçərişəhər” qoruğunun müdiriyyətinə
müraciət edib. Muzeyin Ginnesin Rekordlar Kitabına daxil edilməsi
üçün sifariş 2014-cü ilin birinci yarısında təqdim edilib. Bu
sifarişin təmin olunması üçün bir sıra şərtləri yerinə yetirmək,
qoşma məktub, iki müstəqil şahidin ərizəsi, fotoşəkillər,
videoyazılar və başqa zəruri sənədlər lazım idi. Müstəqil şahidlər
qismində M.F.Axundzadə adına Milli Kitabxananın direktoru Kərim
Tahirov, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının rektoru Urxan Ələkbərov və tanınmış jurnalist Elmira
Əliyeva çıxış ediblər. Daha sonra Azərbaycanın Xalq Yazıçısı,
Respublika Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin ərizəsi
və miniatür kitablar kolleksiyasının həqiqiliyini sübut edən digər
əlavə materiallar təqdim olunub.
Muzeydə saxlanılan miniatür kitab nüsxələrindən 2913-ü bütün
tələblərə tamamilə uyğun gəlir. Məsələn, bu kitabların ölçüləri
75x75 mm-dən çox deyil – miniatür kitabın müasir standartı məhz
belədir. Kitabların xeyli hissəsinin ölçüləri 100x100 mm-dən çox
deyil. Bu da keçmiş SSRİ-də miniatür kitab standartlarına
uyğundur.
2015-ci il yanvarın 21-də Ginnesin Rekordlar Kitabının rekordlar
üzrə menecerlər komandasından alınan məlumata görə, muzeyin
sifarişi qəbul edilib və o, miniatür kitabların dünyada ən böyük
kolleksiyası hesab olunub. Yaxın vaxtlarda Zərifə Salahovaya
“Guinness World Records” sertifikatı təqdim ediləcək.
Xatırladaq ki, bundan əvvəl miniatür kitabların ən böyük kolleksiyası Nikuncu R.Vaqadinin kolleksiyası hesab edilirdi. Bu şəxs 258 adda müxtəlif miniatür kitab toplamağa müvəffəq olub.
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu