Məşhur oğru "Cibgir Elçin" həbs edildi
Bizi izləyin

Qırmızı.az

Məşhur oğru "Cibgir Elçin" həbs edildi

Kriminal aləmdə "Cibgir Elçin" ləqəbi ilə tanınan məşhur oğru saxlanılıb.

Publika.az-ın "Report"a istinadən məlumatına görə, Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 1966-cı il təvəllüdlü Novruzov Elçin Novruz oğlu tutularaq istintaqa təqdim edilib.

E.Novruzov Nizami rayonu və paytaxtın digər ərazilərində əsasən sərnişinlərin gur olduğu ictimai nəqliyyatda cibgirliklə məşğul olduğunu etiraf edib. Saxlanılan zaman onun üzərindən cibgirlik yolu ilə əldə etdiyi 3 ədəd mobil telefon aşkar edilərək maddi sübut kimi götürülüb. E.Novruzov bu üsulla əldə etdiyi pulu isə narkotik vasitələrə xərclədiyini bildirib. PB-də onun üzərindən narkotik vasitə olan marixuana da aşkarlanaraq götürülüb. Faktla bağlı E.Novruzov barəsində Nizami RPİ-də cinayət işi başlanılıb, istintaq davam edir.

Qeyd edək ki, 49 yaşlı E.Novruzov peşəkar cibgirdir və o, bu işlə məşğul olduğu üçün indiyə qədər 4 dəfə məhkumluq həyatı yaşayıb. Sonuncu dəfə E.Novruzov 2014-cü ildə azadlığa buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm