Bakının bağlı yolları: hansı yollardan keçməyək?
Bizi izləyin

Qırmızı.az

Bakının bağlı yolları: hansı yollardan keçməyək?

Bakıda bir sıra yollarda tıxac var.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, hazırda Tbilisi prospektindən H. Əliyev adına İdman-Sərgi Kompleksinin qarşısı və 20 yanvar dairəsi istiqamətində, Bakı-Sumqayıt şosesi - Avtovağzalın qarşısında, Həsənoğlu küçəsindən 5 nömrəli xəstəxana istiqamətində və Binəqədi şosesindən üzü şəhərə doğru avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.

Hazırda bağlı olan yollara gəlincə, NİİM-dən bildirdilər ki, K. Rəhimov küçəsinin F. Xoyski və Həsən Əliyev küçələri ilə kəsişməsi, Z. Bünyadov prospekti və “Qurd qapısı”nın qarşısından Mikayıl Müşfiq küçəsi istiqamətində yol bağlıdır.

Sürücülərə K.Rəhimov küçəsinə alternativ olaraq Aşıq Molla Cümə və ya Atatürk prospektlərindən istifadə etmək tövsiyə olunur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm