Bakıda kollecin mühafizəçisi öldü
Bizi izləyin

Qırmızı.az

Bakıda kollecin mühafizəçisi öldü

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində ölüm hadisəsi qeydə alınıb.

Publika.az-a adıçəkilən təhsil ocağından verilən məlumata görə, kollecin təhlükəsizliyinə cavabdeh olan Fərman adlı şəxs bu gün səhər saatlarında qəfil dünyasını dəyişib.

Qeyd edək ki, Yasamal rayonunda fəaliyyət göstərən Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci müvəqqəti olaraq Nəsimi rayonu 292 saylı orta məktəbin binasında məskunlaşıb. Bu səbəbdən də baş vermiş hadisə Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırılır. Hazırda polis idarəsinin əməkdaşları kollecdədirlər.

Nəsimi Rayon Prokurorluğundan Publika.az-a verilən məlumata görə, mühafizəçinin hansı səbəbdən öldüyünü müəyyənləşdirmək məqsədilə müvafiq araşdırma aparırlar.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm