• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Şirvandakı qətlin təfərrüatı bilindi – Qatil qayınata imiş – Özəl

Şirvandakı qətlin təfərrüatı bilindi – Qatil qayınata imiş – Özəl

Şirvan şəhərində baş verən qətlin təfərrüatı məlum olub.

Şirvan şəhər polis idarəsindən Publika.az-a verilən məlumata görə, qətlə yetirilən Araz Kişiyevin oğlu Elnur öldürülən Sevinc Balakişiyeva ilə qeyri-rəsmi münasibətdə olub.

Verilən məlumata görə, Sevinclə Elnur uzun müddət Bakıda yaşayıblar. Əslən Gəncə şəhərindən olan Sevinc Balakişiyeva imkanlı olub.

Sevinc qeyri-rəsmi münasibətdə olduğu Elnura bu müddətdə xeyli pul xərcləyib. Sevincin pulunun qurtardığını görən Elnur sonradan Şirvan şəhərinə qayıdıb. Sevinc Balakişiyeva onun arxasınca Şirvan şəhərinə gələrək, ya münasibətlərini rəsmiləşdirməyi, ya da ona xərclədiyi pulları geri qaytarmağı tələb edib.

Bu səbəbdən onlar arasında uzun müddət münaqişə davam edib. Sevinc Balakişiyeva dəfələrlə Elnurdan hüquq-mühafizə orqanlarına şikayət edib.

Bu müddətdə Sevinc Şirvanda kirayələdiyi evdə yaşayıb.

Münaqişədən bezən qayınata A. Kişiyev Sevincin yaşadığı evə gələrək oğlundan əl çəkməsini tələb edib. Bu səbəbdən aralarında münaqişə yaranıb.

A.Kişiyev əvvəlcə Sevincə arxadan ürək nahiyəsinə bıçaqla zərbə endirərək qətlə yetirib.

Daha sonra A. Kişiyev öz boğazını kəsərək intihar edib.

*****

Şirvan şəhərində tükürpədici qətl hadisəsi törədilib.

Publika.az-a Şirvan Şəhər Polis İdarəsindən və Şirvan Şəhər Prokurorluğundan verilən məlumata görə, adıçəkilən şəhərin Rəsulzadə küçəsi 15 saylı mənzildə yaşayan Sevinc Məmməd qızı Balakişiyeva və onun qayınatası Araz Babayar oğlu Kişiyev qətlə yetiriliblər.

Polis şöbəsindən bildirilib ki, hər iki şəxs yaşadığı evdə başı kəsilmiş vəziyyətdə aşkarlanıb. Hazırda idarənin və prokurorluğun əməkdaşları hadisə yerindədirlər.

Qətlin kim tərəfindən və hansı səbəbdən törədilməsi hələlik bəlli deyil.

Faktla bağlı araşdırmalar davam edir.

Vazeh

Xəbər lenti

DAHA ÇOX XƏBƏR