Sevgilimə "14 fevral" məktubu
Bizi izləyin

Qırmızı.az

Sevgilimə "14 fevral" məktubu

14 fevral – sevgilimə məktub

Salam, əzizim!

Bu məktubu bəlkə sənə, bəlkə özümə, bəlkə də sən olmuş mənə yazıram. Bu gün sevgililər günüdür deyirlər. Ürəyim döyünür sevginin adı çəkiləndə. Sən yanımda olmasan da, nə bilim bəlkə də, sən heç olmasan da sənə bir məktub yazıram.

İndi sevgini yaşaya bilməyənlər deyəcək ki, bu gün bizim günümüz deyil, nə bilim bu günü yaşamaq olmaz, qeyd etmək olmaz və s.

Eyni ilə Mopasanın rahibləri kimi. Yəqin ki, oxumusuz da Mopasanın “Ay işığında ” hekayəsini və duymusuz oradakı rahibənin ürək yanğısını. Sevgi bu dünyanın yaranma səbəbidir. Sevgini yaşaya bilməyənlər onu qaralamağa çalışsa da.

Sevgililər gününü niyə qeyd etməyək əziz dindarlar.Nifrət günü, şeytan günü deyil ki?

Onlar da bu dünyanın insanı deyilmi? Dinlərimiz başqa olsa da eyni dünyada sevgi ilə yaşaya bilmərikmi?

Bu yaxınlarda Ruminin xanımına yazdığı məktubu göz yaşları ilə oxudum. Rumi ki, eşqin sultanı, Allahın böyük vəlisi.

Bəli, əzizim mən də sənə bir məktub yazmaq istədim. Bağışla məni sevgilim nifrətin ürəklərdə buz tutduğu bir dünyada sənin sevgini doyunca yaşaya bilmədim.

Sənin üçün, sevgin üçün heç nə edə bilmədim. Bir Qeys olmağı kimsə məndən gözləmirdi, ancaq ən azından səndən sonra kimsəyə “səni sevirəm” deməməliydim.

Bilirsizmi niyə indiki şairlərin şeirləri ürəklərə yol tapa bilmir?

Bilirsizmi niyə indiki sevgilər bu dünyada, yaralı ürəklərdə bənd ala bilmir?

İndi saflıq qalmayıb sevgilim. Mən səni necə sevirdim xatırlayırsanmı?

Gözlərinə baxırdım xəlvətcə, ancaq səninlə toqquşsa baxışlarımız bir anlıq yanıb kül olurdum, tez gizlədirdim səndən baxışlarımı.

Birlikdə oxuduğumuz dörd il ərzində bir dəfə də olsun cəsarət edə bilmədim sənə, səni sevirəm deməyə. Bağışla məni sevgilim, sənə deyə bilmədiyim o sözləri sevmədiyim insanlara dediyim üçün.

Səninlə son görüşümüzdə mənə ruhunu vermişdin. Həyatında qadının olsun, xöşbəxt ol” demişdin, xatırlayırsanmı sevgilim?

Həyatımda qadınlar oldu, gələcəkdə də olacaq, ancaq xöşbəxtlik məndən uzaqdır sevgilim.

Sənin üçün yazıram bütün yazdıqlarımı. İkimizin yox olmaması üçün, yaşaması üçün tarixin tozlu vərəqlərində.

Bəli, əzizim.

Bu gün sevgililər günüdür, bu gün sevənlərin günüdür.

Bir dovşan kuklası alacağım sevgilim olmasa da, ən gözəl şeirləri yazacağım bir sənim varsan sevgilim.

Bir gün bir sevgi şeiri olub düşəcəm ikimizin yerinə dünyanın qəlbinə.

Bağışla sevgilim, indi getməliyəm.

Tural Sahab

Oxumağa davam et
Reklam
Reklam

Gündəm