Ər həyat yoldaşını 3 nəfərə satdı
Bizi izləyin

Qırmızı.az

Ər həyat yoldaşını 3 nəfərə satdı

34 yaşlı ər 29 yaşlı həyat yoldaşını pul qarşılığında müştərilərə satıb.

Publika.az Türkiyə mediasına istinadən məlumat verir ki, Adanada yaşayan Muhammed D. arvadı Emel D.-ni 2-si 18 yaşdan kiçik olan 3 nəfərlə intim münasibətə məcbur edərkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanıb.


Məsələ ilə bağlı əxlaq polisinin yaydığı informasiyada qeyd olunur ki, ər həyat yoldaşını – 2 övladının anasını 30 lirə (təxminən 15 manat) müqabilində müştərilərə satıb. Polis araşdırmalardan sonra Muhammed D.-nin izinə düşüb. O, Emel D.-ni Metal Sənaye prospektində boş bir ərazidə 3 nəfərlə cinsi əlaqəyə məcbur edərkən saxlanılıb.


Polisin məlumatına görə, hadisə yerində yaxalanmış yaşı 18-dən az olan uşaqlar avtoservisdə usta köməkçisi kimi çalışırlar: «Onlar Muhammed D.-yə telefon açaraq qadınla cinsi münasibətdə olmaq istədiklərini bildiriblər. Uşaqlar 30 lirə pulları olduğunu deyiblər. Bundan sonra Muhammed D. onları boş bir əraziyə çağırıb. Ər həmin yerə gələn uşaqlardan əlavə 10 lirə də alıb. Daha sonra həmin 3 nəfər Emel D. ilə cinci əlaqəyə giriblər».


Qeyd edək ki, ərli qadınla intim münasibətdə olan 3 nəfər ifadələri alındıqdan sonra sərbəst buraxılıb. Muhammed D. isə «fahişəliyə vasitəçilik etmək və yer təmin etmək» ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.


Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm