Azərbaycanda qadın özünü su quyusuna ataraq öldürdü
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda qadın özünü su quyusuna ataraq öldürdü

Bu gün səhər saatlarında Lənkəran rayonunda ölüm faktı qeydə alınıb. İlkin ehtimala görə, 47 yaşlı qadın özünü həyətdəki su quyusuna ataraq intihar edib

Bu gün səhər saatlarında Lənkəran rayonunda ölüm faktı qeydə alınıb. İlkin ehtimala görə, 47 yaşlı qadın özünü həyətdəki su quyusuna ataraq intihar etib.

Milli.Az CTV-yə istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Gərmətük qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini, 1967-ci il təvəllüdlü Göyçək Səfər qızı Əliyeva özünü həyətdəki su quyusuna atıb.



Mərhum 6 metr dərinliyi olan su quyusuna başı üstə düşdüyündən boğularaq dünyasını dəyişib. Yaxınlarının sözlərinə görə Göyçək Səfərova ruhi xəstə olub. Qohumlarına dəfələrlə özünə qəsd edəcəyini deyirmiş. Evdə heç kim olmadığından mərhum qonşuluqda yaşayan qardaşının yoldaşına tapşırılıb. Lakin onun da diqqətindən yayınaraq intihar edib.



Cəsəd ilk olaraq qohumu tərəfindən aşkarlanıb və qonşuların köməkliyi ilə su quyusundan çıxarılıb. Əraziyə Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasının əməkdaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.



Əraziyə baxış keçirildikdən sonra cəsəd müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin əməkdaşlarına təhfil verilib.
İntiharın dəqiq səbəbləri isə ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm