İki yük avtomobili toqquşdu, ölən var
Bizi izləyin

Qırmızı.az

İki yük avtomobili toqquşdu, ölən var

Bakı-Qazax avtomobil yolunun 43-cü kilometrliyində "SHACMAN" və "QAZ" markalı 2 yük avtomobili toqquşub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "QAZ" markalı avtomobildə olan sərnişin hadisə yerində ölüb.

Xilasedicilər deformasiyaya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm